Şriftin ölçüsü :

Saytın rəngi :

“Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təlim

16 aprel 2025 | 08:59
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə genderə məsul şəxslər üçün təlim keçirilib.
Yerli icra hakimiyyəti orqanlarının gender məsələləri üzrə məsul şəxsləri üçün keçirilən “Ailə və gender yönümlü siyasətlər: fərdlərə, təşkilatlara və cəmiyyətə faydaları” mövzusunda təşkil olunan təlimin keçirilməsində məqsəd gender məsələləri üzrə məsul şəxslərin işinin təkmilləşdirilməsi, onlar arasında səmərəli əlaqələndirmənin təmin edilməsi, gender bərabərliyi sahəsində qanunvericilik istiqamətində müvafiq məlumatların diqqətə çatdırılmasıdır.
Təlim zamanı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq illik hesabatların hazırlanması ilə bağlı geniş izahatlar verilib.
Təlimdə Xocavənd Rayon İcra Hakimiyyətini Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Asim Rüstəm təmsil edib.
Keçidlər