Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
25 oktyabr 2024 | 17:08
Antinarkotik təbliğatın gücləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
25 oktyabr 2024-cü il tarixdə Xocavənd rayon Salakətin kənd tam orta məktəbində IX,X,XI sinif şagird və müəllimlərinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Xocavənd RPŞ-nin rəisi, polis polkovniki Xəyyam Mirhüseynov müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsindən, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınmasından söz açaraq tədbir iştirakçıları məlumatlandırdı. Eyni zamanda tədbirdə gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürüldü, məktəblilərə, müəllimlərə müəyyən tövsiyyələr verildi.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.