Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatlarında şəhid olmuş "Azərbaycan Bayrağı" ordenli Şəhid Yusif Əhmədovun qızı Yağmurun məktəbəqədər təhsilə getməsi münasibətilə övladları ziyarət olunub.

29 sentyabr 2023 | 10:48
   Antiterror əməliyyatlarında şəhid olmuş "Azərbaycan Bayrağı" ordenli Şəhid Yusif Əhmədovun qızı Yağmurun məktəbəqədər təhsilə getməsi münasibətilə övladları ziyarət olunub.
   Sentyabrın 29-da Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi müdiri Şaiq Aslanov, Aparatın və Tuğ kənd tam orta əməkdaşlar antiterror əməliyyatlarında şəhid olmuş "Azərbaycan Bayrağı" ordenli Yusif Əhmədovun qızı Yağmurun məktəbəqədər təhsilə getməsi münasibətilə övladları ziyarət olunub. Görüşdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacağı və dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağı qeyd edilib.
Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər