Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinə yeni sədr seçilib
01 avqust 2025 | 10:41
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinə yeni sədr seçilib.
01 avqust 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin iclası keçirilib. İclasda Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Aparat rəhbəri Şaiq Əhmədov və üzvlər iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
İclasda Həmkarlar ittifaqı təşkilatının Komitəsinin tərkibinə baxılması, yeni üzvlərin seçilməsi və Həmkarlar ittifaqı təşkilatının sədrinin seçilməsi məsələlərinə baxılmışdır.
İclasın sədri Xocavənd Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Asim Rüstəm çıxış edərək bildirib ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Xocavənd rayon komitəsinin sədri Məmmədov Bəhruz Məmməd oğlu, əsas iş yeri olan Xocavənd Rayonu üzrə Maliyyə Şöbəsinin ləğv edilməsi və sonradan digər quruma işə keçməsi ilə əlaqədar, həmkarlar ittifaqı komitəsinin üzvlüyündən çıxmışdır. Səsvermə yolu ilə Bəhruz Məmmədov təşkilatın komitəsinin sədrliyindən geri çağrılıb, Cabir Cəfərovun namizədliyi irəli sürülüb.
Səsvermə ilə Cabir Cəfərov Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin sədri seçilib.
Tədbirdə çıxış edənlər Cabir Cəfərovu təbrik edib, fəaliyyətində uğurlar arzulayıblar.






