Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin hesabat iclası keçirilib.
05 aprel 2024 | 09:19
Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin hesabat iclası keçirilib.
04 aprel 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin hesabat iclası keçirilib. İclasda Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Aparat rəhbəri Şaiq Əhmədov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov və üzvlər iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı (DİİX Hİ) Xocavənd rayon Komitəsinin sədri Bəhruz Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Həmkarlar komitəsi üzvlərinin hüquq və mənafelərinin qorunması istiqamətində görülən işlərin Xocavənd rayon Həmkarlar İttifaqı Komitəsi tərəfindən bundan sonra da uğurla davam edəcəyini bildirib.
Müzakirələrdən sonra konfrans iştirakçıları yekdilliklə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Daha sonra təşkilatı məsələlərə baxılıb. Həmkarlar İttifaqı Komitəsinin idarə heyətinin və Təftiş komissiyasının üzvləri seçilib. Bəhruz Məmmədov yenidən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Xocavənd rayon Komitəsinin sədri seçilib. Sonra Respublika Komitəsinin VII qurultayına iştirak edəcək nümayəndələr seçilib.