Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının əsas təminatçısıdır" başlıqlı dəyirmi masa keçirilib

22 may 2025 | 16:37
"Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının əsas təminatçısıdır" başlıqlı dəyirmi masa keçirilib
22 may 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli” və" İnsan hüquqları aylığı" çərçivəsində " Azərbaycan Konstitusiyası insan hüquq və azadlıqlarının əsas təminatçısıdır" adlı dəyirmi masa keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan başçının müavini Azər Süleymanov bildirib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında hazırlanaraq referendum yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası xalqın dövlətçilik iradəsinin, suverenliyinin təcəssümünə çevrilən fundamental hüquqi sənəd olmaqla cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin idarəçilik sistemini tənzimləyir. Əsas Qanunda həmçinin Azərbaycan xalqının hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək, bəşəri dəyərlərə sadiqlik göstərərək bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyəti təcəssüm olunmuşdur.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, demokratik dəyərlərin təşəkkül tapdığı Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Buna paralel olaraq həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyiinkişaf strategiyasında insan hüquqları faktoru mühüm yer tutur
Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir.
Tədbir müzakirə şəklində davam edib
Keçidlər