Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xocavənd rayonunu 5 uşaq təmsil edib.
05 dekabr 2024 | 09:15
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xocavənd rayonunu 5 uşaq təmsil edib.
5 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu keçirilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Xocavənd rayonunu 5 uşaq təmsil edib.
Xocavəndli uşaqlar Əhmədova Sevinc, Sevindik Nesiboglu, Adil Quliyev, Altay Hüseynli və Teybə Tağıyeva Forum çərçivəsində ekspertlərin iştirakı ilə keçirilən müzakirələrdə fəal iştirak ediblər. .
İşçi qruplarda “Uşaq hüquqları: İnkişaf üçün birləşək- Ekoloji hüquq”, “Təhsildə yeni standartlar: çağırışlar və bərabər imkanlar- Ekoloji təhsil və tərbiyə”, “Uşaqların internet təhlükəsizliyi- Yaşıl İKT”, “Sağlamlığın qorunması, sağlam həyat tərzi. Ətraf mühitin mühafizəsi- Sağlam dünya”, “Asudə vaxtın səmərəli təşkili və dəyərləndirilməsi- Təbiətin keşiyində”,
“Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti- Sağlam iqlim”,
“Vətəni sevək, ona layiq olaq- təbiəti qoruyaq”mövzuları müzakirə edilib.