Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım tədbiri keçirilib
06 fevral 2026 | 08:59
Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Mədəniyyət evinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə 6 fevral 2026-cı il tarixində anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhid Mübariz İbrahimovun Vətən sevgisi, hədsiz vətənpərvərlik ruhu, keçdiyi rəşadətli döyüş yolu, göstərdiyi igidlik və şücaətindən danışılıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin Qələbə ilə başa çatması, əzəli torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün Milli Qəhrəman Mübariz İbrahimov və bütün şəhidlərimizin ruhları şaddır.






