Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyi ziyarət edilib

18 iyun 2025 | 09:18
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev-muzeyi ziyarət edilib.
Qarabağ Regional Mədəniyyət İdarəsi Xocavənd rayon Azəri məhəlləsi, Xocavənd kənd mədəniyyət evi və 1saylı kitabxana filialının əməkdaşları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü ilə əlaqədar ev-muzeyini ziyarət ediblər. Ziyarət zamanı Mübariz İbrahimovun Vətən sevgisi, hədsiz vətənpərvərlik ruhu, keçdiyi rəşadətli döyüş yolu, göstərdiyi igidlik və şücaətdən danışılıb. Qeyd olunub ki, qəhrəmanlığı ilə ölümsüzlüyə qovuşan Mübariz İbrahimov hər bir azərbaycanlı üçün iftixar mənbəyi, qürur yeridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin əks-hücum əmri ilə Mübariz kimi mərd oğulların şücaəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Diqqətə çatdırılıb ki, Vətən müharibəsinin Qələbə ilə başa çatması, əzəli torpaqlarımızın işğaldan azad olunması, üçrəngli bayrağımızın tarixi ərazilərimizdə dalğalanması ilə bu gün bütün şəhidlərimizin ruhları şaddır.
Keçidlər