Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhər Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

24 noyabr 2023 | 15:37
    Bakı şəhər Binəqədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
  24 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Binəqədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ilk olaraq vurğulamışdır ki, yaşadığımız bu günlərdə Azərbaycan xalqının “Böyük Qayıdış” arzusu tam sürətlə reallaşır. Dövlət başçımız Cənab İlham Əliyev bu prosesi diqqətdə saxlayır və bununla bağlı bütün Sərəncam və tapşırıqlarını verir. Doğurdan da, Azərbaycan əsgərinin qələbəsini xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin işğaldan azad olmuş ərazilərdə qurub-yaratmaq eşqi möhkəmləndirir. 30 ildən artıq ölkə iqtisadiyyatından ayrı düşmüş işğal edilmiş ərazilərimizin təssərüfat quruculuğu ilə iqtisadi yüksəlişi iqtisadiyyatımızın, bütünlükdə isə böyük mənada Azərbaycanımızın gücünə güc qatacaq.İşğaldan azad edilmiş ərazilərimizdə vandal ermənilər tərəfindən törədilmiş dəhşətli dağıntılar diqqətdən kənarda qalmamalıdır. İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə dağıdılmış, vandal düşmən tərəfindən yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan Respublikasının öz imkanları hesabına edilir. Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində bu bərpa işlərinə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər