Bakı şəhər Nərimanov rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
08 dekabr 2023 | 17:29
8 dekabr 2023-cü il tarixdə Bakı şəhər Nərimanov rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu Nərimanov rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri və rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 7 fevralda baş tutacaq olan növbədənkənar Prezident seçkiləri toxunaraq qeyd etdi ki, Fevralın 7- ə təyin edilmiş növbədənkənar Prezident seçkiləri müasir Azərbaycanın tarixində əvvəlki seçkilərdən mahiyyətinə və məzmununa görə çox fərqlidir. Bu hadisə müstəqil və süveren dövlətçilik prinsiplərinin məntiqinə və fəlsəfəsinə tam uyğundur. Sözsüz ki, əvvəlki hər bir seçkinin müstəqilik tariximizdə öz yeri və öz önəmi var. Hər seçki ilə xüsusulə son 25-30 ildə dövlətimizin inkişafında yeni mərhələnin və səhifənin açıldığı mübahisəsizdir. 7 fevral seçkiləri Azərbaycanın tam yeni bir sima ilə qatılacağı və özünü dünyaya yeni imiclə nümayiş etdirəcəyi hadisədir. Müstəqilliyimizin elan olunduğu 32 illik müstəqillik dövründə həm ərazi bütövlüyü, həm də süverenlik baxımından dövlətimizin gücünü və potensialını tam əks etdirən seçkini ilk dəfə 7 fevralda keçirəcəyik. Açıq deyək ki, bu dövrdə erməni təcavüzü , etməni işğalları və irticaçı etnik separatizm Azərbaycana belə məzmunda seçkini keçirmək imkanı vermədi. Keçirilmiş seçkilərdə Azərbaycan seçicilər ordusu baxımından tam təmsil olunsa da, bütün ərazilər üzərində süverenlik baxımından təmsil oluna bilmədi. Bütün Azərbaycanı mütəşəkkil bir qüvvə kimi ilk belə seçkiyə gətirib çıxaran İlham Əliyevin elə bu andan başlayaraq ölkəmizin Prezidentlik İnstitutu tarixində yeni mərhələnin müəllifi olmağa tam haqqı çatır. Dövlətin ərazi bütövlüyünü O, təmin etdi, süverenliyini O, qaytardı, bölgəmizdə indi hamının barışmaq zorunda olduğu reallıqları O, yaratdı. Ədalət o zaman bütövləşər ki, Qalib ölkənin Qalib Prezidenti seçılsın...
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblə. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.