Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhərində məskunlaşan rayon sakinlərinin problemləri dinlənilib

23 fevral 2024 | 09:07
   Bakı şəhərində məskunlaşan rayon sakinlərinin problemləri dinlənilib.
   23 fevral 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Bakı şəhərində məskunlaşmış rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib. Sakinlərin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
   Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan sakinlər, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər