Şriftin ölçüsü :

Saytın rəngi :

Başçının növbəti səyyar qəbulu Abşeron rayonunda məskunlaşan rayon sakinləri olub.

04 sentyabr 2025 | 10:31
    Başçının növbəti səyyar qəbulu Abşeron rayonunda məskunlaşan rayon sakinləri olub.
  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun növbəti səyyar qəbulu Abşeron rayonunda məskunlaşan rayon sakinləri olub.
  Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verdi. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.
Keçidlər