Baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin təşviq edilməsi və dəstəklənməsi məqsədilə işlər davam etdirilir
Baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin təşviq edilməsi və dəstəklənməsi məqsədilə işlər davam etdirilir.
Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar olaraq, xocavənd Rayon icra Hakimiyyəti tərəfindən sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir heyvan kəsimi məntəqələrinin yaradılmasının təşviqi istiqamətində maarifləndirici görüşlər davam edir. Sərəncamdan irəli gələn tapşırıqların icrası məqsədilə İcra Hakimiyyəti standartlara uyğun, müasir heyvan kəsimi məntəqələrinin yaradılmasını təşviq edir və müraciət edən sahibkarlara əməkdaşlarımız tərəfindən zəruri metodiki köməkliklər göstərilir.
Eyni zamanda ət satışı məntəqələrində təşkil olunan görüşlərdə sahibkarlara baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçə və yol kənarlarında satış məqsədilə heyvan kəsiminin insanların xəstəliklərə yoluxmasına şərait yaratdığı bildirilib. Həmçinin ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılmasının yolverilməz olduğu onların diqqətinə çatdırılıb.