Şriftin ölçüsü :

Saytın rəngi :

Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş güləş yarışı keçirilib

05 mart 2026 | 11:09

Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş güləş yarışı keçirilib. Yeniyetmələri idmana cəlb etmək, perspektivli güləşçiləri aşkarlamaq, güləşçilərin ustalığını artırmaq məqsədi ilə keçirilən yarışda 34 idmançı iştirak etmişdir. Sonda qaliblər diplomla təltif olundular.

Keçidlər