Şriftin ölçüsü :

Saytın rəngi :

Bəhruz Məmmədovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı tədbir keçirilmişdir

30 aprel 2025 | 14:00
Bəhruz Məmmədovun yeni vəzifəyə təyin edilməsi ilə bağlı tədbir keçirilmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətində Xocavənd Rayonu üzrə Maliyyə İdarəsinin rəisi Bəhruz Məmmədovun Abşeron-Xızı iqtisadi rayonu üzrə Regional Maliyyə idarəsinin rəisi müavini təyin edilərək rəis vəzifəsinin icrasının həvalə olunması münasibətilə tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Tədbirdə çıxış edən başçı bildirib ki, Bəhruz Məmmədov həm Xocavənd Rayon İcra Hakimiyyətində, həm də Rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışarkən işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. İşgüzarlığı, vətənpərvərliyi, təşəbbüskarlığı ilə seçilib, dövlətinə və xalqına olan sevgi, sədaqətlilik və bağlılıq hisləri Vətən müharibəsində özünü daha qabarıq şəkildə büruzə verdi. Başçı Bəhruz Məmmədovun yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib, göstərilən etimadı doğruldacağına əminliyini ifadə edib.
Digər çıxış edənlər də Bəhruz Məmmədovu təbrik edib, yeni işində uğurlar arzulayıblar.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynovun Sərəncamı ilə Fəxri Fərmanla təltif edilən Bəhruz Məmmədov təbriklərə görə minnətdarlığını bildirib, göstərilən etimadı doğrultmaq üçün var qüvvəsi ilə çalışacağını bildirib.
Keçidlər