Bərdə rayon 588 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
16 noyabr 2023 | 11:41
Bərdə rayon 588 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
16 noyabr 2023-cü il tarixdə Bərdə rayon 588 ailəlik məcburi köçkün qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar qəbulu keçirmişdir. Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov bildirdi ki, Azərbaycan dövləti böyük inkişaf yolu keçərək tarixin müxtəlif sınaqlarından çıxmış və dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Azərbaycanın üçrəngli bayrağının dalğalanması, Vətənimizin adının hörmətlə çəkilməsi hər bir Azərbaycan vətəndaşını sevindiri və hər birimiz başa düşürük ki, ölkəmizin dünya səviyyəsində tanınmasında Ulu Öndər Heydər Əliyevin fenomenal xidmətləri əvəzsizdir. Həyatının mənasını Vətənə xidmətdə görən Ümummilli Liderimiz Azərbaycançılıq ideologiyasının formalaşmasında,xaricdə yaşayan soydaşlarımızın milli özünüdərketmə hisslərinin oyanışında,onları təşkilatlanmalarında mühüm rol oynamışdır. 1993-cü ildən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyev xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya-azərbaycançılıq ideası ətrafında toplamağa çalışır. İdeyalar ilk növbədə tarixin dünya azərbaycanlılarına töhfəsi olan Azərbaycan Respublikasının müstəqilliyinin qorunmasına, dövlətimizin siyasi və iqtisadi baxımdan möhkəmləndirilməsinə, münaqişəsinin həllinə, torpaqlarımızın işğaldan azad edilməsinə istiqamətlənirdi. Ulu Öndər Heydər Əliyevin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kurs XXI əsr Azərbaycanını regional, hətta qlobal miqyasa yüksəltdi. Ötən dövr əsasən müstəqliyimizin, həmrəyliyimizin möhkəmlənməsi, siyasi və iqtisadi tərəqqi, güclü ordunun formalaşması ilə səciyyələnir. Heç əsəb yerə deyil ki, Prezident İlham Əliyev hər zaman dövlət müstəqilliyini dəyərli sərvət, onun qorunmasını isə ən vacib vəzifə kimi qarşıya qoyub. “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm” deyən Prezident Azərbaycanı tam və real müstəqillik yollarında adıımlayan nadir ölkələrdən birinə çevirib. Azərbaycan həm də ona görə nadir dövlətlərdəndir ki, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Lakin bütövlüyə qovuşmaq uğrunda qət etdiyimiz yol heç də asan olmayıb. Məhz cənab İlham Əliyevin apardığı ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın yeni investisiya və digər maaliyə mənbələri hesabına iqtisadi imkanları dəfələrlə artırılıb. Azərbaycanın beynəlxalq tərəfdaşlarla qurduğu ikitərəfli və çoxtərəfli qarşılıqlı əməkdaşlıqlar onu dünyanın lider dövlətlərindən birinə çevirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək hazırlıqlı Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqların icrasına və məqsədlərin reallaşdırılmasına hazır olduğunu son üç ildə bir neçə dəfə sübut edib. Bunlardan ilki ötən günlərdə 3 illiyini qeyd etdiyimiz tarixi Zəfərlə başa çatan Vətən müharibəsi idi. Ermənistanın artan təxribatlarına cavab olaraq başlanılan Vətən müharibəsi düşmən tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan tarixi torplaqlarımızın cəmi 44 gün ərzində azad olunması ilə nəticələndi. Ərazi bütövlüyümüz bərpa olunmaqla yanaşı, erməni mifi də yerlə bir edildi. Ermənistan Azərbaycanın gücü qarşısında kapitulyasiyaya uğradı. Vətən müharibəsi Azərbaycanı həm də XXI əsrin müharibəsini aparmaq iqtidarı ilə dünyaya təqdim və sübut etdi. Azərbaycan artıq dünya üçün yeni nümunələr yaradırdı. Belə nümunələrdən biri də separatizmin tamamilə məhvini, beynəlxalq hüququn və ədalətin bərpasını özündə ehtiva edən lokal antiterror tədbirlərinin nəticəsində formalaşdı. Azərbaycan tam şəkildə ərazi bütövlüyünə və suverenliyinə nail oldu. Ulu Öndər Heydər Əliyevin arzuları və vəsiyyəti reallaşdı. İndi inkişafının yeni mərhələsinə qədəm qoyan Azərbaycan sabitlik və tərəqqi adası kimi dünyanın aparıcı ölkələri ilə bir sırada addımlayır. Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.