Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib

19 iyul 2024 | 11:39
Bərdə rayonunda məskunlaşan rayon sakinlərinin müraciətləri dinlənilib.
Xocavənd Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu Bərdə rayonunda məskunlaşan rayon sakinləri ilə keçirilib. İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tərəqqisi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində görülən çoxşaxəli işlərdən, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından, işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq və quruculuq işlərindən, qayıdış prosesindən danışmışdır. Sonra qəbula gələn vətəndaşlar fərdi qaydada dinlənilmiş, qaldırılan bir çox məsələlər yerindəcə həll edilmiş, digərlərinin isə həlli nəzarətə götürülmüşdür. Qəbulda iştirak edən vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Keçidlər