Beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasəti
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasəti
22.11.2022-ci il tarixdə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Taleh Mirzəyəv yuxarı sinif şagirdləri ilə görüş keçirərək Beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil xarici siyasəti mövzusunda söhbət aparmışlar. Müzakirə zamanı Nicat Şirinov bildirmişdir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir. Əlbəttə ki, müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində mühüm rol oynaması Azərbaycanın beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində çıxış edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları qismində çıxış edən milli dövlətlərin, demək olar ki, hamısı Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olmasını xüsusi olaraq diqqətə çatdırmaqdadırlar. Azərbaycanın müstəqil xarici siyasət kursuna malik olması ölkəmizin yüksək beynəlxalq nüfuzunu şərtləndirən başlıca amildir. Bu, bir həqiqətdir ki, müasir dünya siyasətində milli dövlətlər əməkdaşlıq kriteriyası kimi ilk növbədə müstəqil xarici siyasət kursuna malik olmaq etibarilə suveren subyekt kimi təmsil olunmaq qabiliyyətini və tərəfdaş dövlətin yerləşdiyi geostrateji bölgənin təhlükəsizliyinə nə dərəcədə təsir etmək imkanlarını əsas götürürlər. Bu baxımdan, Azərbaycan yüksək beynəlxalq reytinqə malik olan milli dövlət kimi tanınır.