Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 noyabr 2023 | 10:48
  Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür.
 17 noyabr 2023-cü ildə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Dirçəliş Günü ilə bağlı silsilə tədbirlər keçirilmişdir. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Gününün Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadığın vurğulayaraq qeyd etmişlərki, Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu.
  Erməni separatçılarının Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlının qətlə yetirilməsi Bakıda milli hissləri daha da alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Məhz həmin ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə, həmçinin faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər, soydaşlarımızın amansızlıqla qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Bakının mərkəzində Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdir. Noyabrın 17-dən başlayan Meydan hərəkatı Azad Azərbaycanın təməlini qoydu.Bu gün Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin etməklə xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün müdrik lideri, və yenilməz sərkərdəsi cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya göstərdi ki, xalqımızın iradəsini heç bir qüvvə sındıra bilməz. Bu gücün bəxş edəcəyi daha böyük zəfərlər isə hələ qarşıdadır.
Keçidlər