"Cəmiyyətin informasiya təhlükəsizliyi problemi" adlı tədbiri keçirilmişdir.
17 oktyabr 2024 | 15:22
Uşaq Səfirlər Məclisinin növbəti layihəsi ilə bağlı "Cəmiyyətin informasiya təhlükəsizliyi problemi" adlı tədbiri keçirilmişdir.
17 oktyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsinin birgə təşkilatçılığı ilə Qaradağlı kənd tam orta məktəbində Uşaq Səfirlər Məclisinin növbəti layihəsilə bağlı "Cəmiyyətin informasiya təhlükəsizliyi problemi" adlı tədbiri keçirilmişdir. Tədbirdə Uşaq Səfirlər Məclisinin Xocavənd rayon nümayəndəsi Sevinc Əhmədova, Adil Quliyev, Rayon icra Hakimiyyətinin nümayəndəsi, müəllimlər və istedadlı şagirdlər iştirak etmişlər.
Tədbirdə Uşaq Səfirlər Məclisinin nümayəndələri informasiya təhlükəsizliyi haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, texnologiyanın gün-gündən inkişaf edərək həyatımızda mühüm bir hissə tutduğu bir dövrdə yaşayırıq. Artıq bütün məlumatları,bizə lazım ola biləcək hər bir informasiyanı istənilən an əldə edə bilirik. Bu nə qədər əlçatan olsa da, bəzən çox böyük və ağlasığmaz fəsadlara gətirib çıxarır. Bunun üçün hər kəsin etməli və bilməli olduğu vacib məqam mənbəyi məlum olmayan, şübhə doğura billəcək linklərdən,hesablardan, profillərdən zəng gəlindiyi zaman təhlükəsizlik davranışlarını və qaydalarını bilməkdir.
Tədbir şagirlərlə maraqlı diskussiya şəklində davam edib.