“Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması mövzusunda tədbir keçirilib
05 sentyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması ilə bağlı maarifləndirici tədbir keçirilib
Qaradağlı kənd tam orta məktəbdə reallaşan tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, məktəbin şagird və müəllim heyəti iştirak ediblər.
Tədbirdə “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın icrasında nəzərdə tutulan tədbirlərdə sosial xidmət istiqamətləri və gözlənilən nəticələr, eyni zamanda rayon ərazisində göstərilən sosial xidmətlər, bununla bağlı mövcud vəziyyət barədə məlumat verilib. O qeyd edib ki, Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi tədbirlərinin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur.
Çətin həyat şəraitində yaşayan şəxslərə sosial xidmət göstərilməsi sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarının müəyyən edilməsi və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi məqsədilə qəbul edilmiş “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun icra mexanizmlərinin müəyyən edilməsi ilə bağlı müvafiq normativ hüquqi aktlar (“Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”, “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”, “Dövlət sosial xidmət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi Qaydası” və s.) qəbul edilmişdir. Bununla da ölkədə çoxspektrli sosial xidmətlər sistemi formalaşmış və bu sistem həmin şəxslərin məruz qaldıqları çətin həyat şəraitindən müdafiəsinə, sosial reabilitasiyalarına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarının təmin edilməsinə yönəldilmişdir.Yerlərdə çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması, müvafiq köməkliklərin vaxtında göstərilməsi bu cür risklərin qarşısının alınmasına müsbət təsir göstərir.
Maarifləndirmə işi çərçivəsində çətin həyat şəraitində yaşayan şəxsin (ailənin) sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla iştirak imkanlarının yaradılması, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda qeyd olunan sosial xidmətin formaları (evdə (səyyar) sosial xidmət, yarımstasionar (günərzi) sosial xidmət, stasionar sosial xidmət, sosial-məsləhət yardımı) və növləri, rayon ərazisində göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib, video-rolik nümayiş olunub məlumatlandırıcı bukletlər paylanıb.