“Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması" və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı tədbir keçirilib
26 noyabr 2026-cı il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xaçınabad kənd 2 saylı tam orta ümumtəhsil məktəbində “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması" və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı tədbir keçirilib. Tədbirdə sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti qurumların əlaqəli işləməsinin vacib məsələlərdən olduğu vurğulanıb. Eyni zamanda “Himayədar ailə institutunun təşkili”, “Çətin həyat şəraitinə düşmə riski olan şəxslər” mövzusunda çıxışlar dinlənilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.






