“Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı təlim keçirilib.
14 iyul 2025 | 16:34

06 oktyabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında “Çətin həyat şəraitinə düşmə riski olan şəxslərin (ailələrin) problemlərinin erkən aşkar edilərək aradan qaldırılması və “Himayədar ailə institutunun inkişafına hədəflənən tədbirlərin həyata keçirilməsi” adlı təlim keçirilib. Təlimdə sosial xidmət sahəsində həyata keçirilən tədbirlərin effektivliyinin artırılması məqsədilə aidiyyəti qurumların əlaqəli işləməsinin vacib məsələlərdən olduğu vurğulanıb. Tədbirdə “Himayədar ailə institutunun təşkili”, “Çətin həyat şəraitinə düşmə riski olan şəxslər” mövzusunda çıxışlar dinlənilib. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.