Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunmasına dair maarifləndirici görüş keçirilmişdir
Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işlə təmin olunmasına dair maarifləndirici görüş keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.3-cü yarımbəndinin icrasının təmin edilməsi məqsədilə müxtəlif müəssisə və təşkilatlarda işəgötürənlərin və işçilərin iştirakı ilə maarifləndirici görüş keçirilmişdir.
Görüşün əsas məqsədi cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin işə qəbuluna dair işəgötürənlərin və əmək kollektivlərinin məlumatlandırılması, onların məşğulluğuna müsbət münasibətin formalaşdırılması və həmin şəxslərin əmək bazarına inteqrasiyasının təşviq edilməsindən ibarət olmuşdur.
Tədbir zamanı iştirakçılara cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyasında əmək fəaliyyətinin rolu, onların peşə və əmək bacarıqlarından istifadə imkanları, işlə təmin olunmasının sosial əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Eyni zamanda, işəgötürənlərlə aparılan müzakirələrdə həmin şəxslərin işə qəbuluna münasibət, mövcud çətinliklər və onların məşğulluğunun dəstəklənməsi yolları ətrafında fikir mübadiləsi aparılmışdır. İşəgötürənlərə azad edilmiş şəxslərə fərdi yanaşmanın, ayrı-seçkiliyə yol verilməməsinin və onların əmək fəaliyyətinə cəlb olunmasına dəstək göstərilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Görüşün sonunda cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluğunun artırılması, onların cəmiyyətə uğurlu reinteqrasiyasına dəstək göstərilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.






