COP29-la bağlı növbəti tədbir keçirilmişdir.
10 oktyabr 2024 | 09:43
COP29-la bağlı növbəti tədbir keçirilmişdir.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 10 oktyabr 2024-cü il tarixdə Xocavənd rayon Salakətin kənd tam orta məktəbin IIa sinif şagirdlərinin iştirakı ilə COP29 ilə bağlı şagirdlərin maarifləndirilməsi məqsədilə tədbir keçirilmişdir.
Bildirilmişdir ki,bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması üçün müxtəlif müzakirələr aparılır.
Yer kürəsinin hər hansı regionunda baş verən təbii fəlakət təkcə həmin ərazinin deyil, bütün dünyanın problemi sayılır və onu aradan qaldırmağın yolları birgə axtarılır.
Tədbirdən sonra şagirdlər Xocavənd qəsəbəsində salınmış Şəhidlər xiyabanına gedən yolda və Xiyabanın ətrafında iməclik etmişlər.