Daha bir könüllü gəncimiz vəzifəyə təyin edilib
09 aprel 2025 | 15:24
Daha bir könüllü gəncimiz vəzifəyə təyin edilib.
Abbaslı Fərid Vidadi oğlu 16 aprel 1998-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. 2004-cü ildə Xocavənd rayon 1 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2015-ci ildə Füzuli rayon 41 saylı tam orta məktəbin bitirib elə həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olub. 2019-cu ildə universitetin ictimai fəaliyyətində göstərdiyi fəallığa görə fəxri fərmanla universiteti bitirib. 2020-ci ilin fevral-iyul aylarında Xocavənd Rayon İcra Hakimiyyətində könüllü olub. 2021-2022-ci illərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Kadrlar üzrə aparıcı mütəxəssis vəzifəsində çalışmış, 2022 ci ildən 2025-ci ilin mart ayına kimi Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Satınlama üzrə mütəxəssis vəzifəsində işləmişdir. 2025-ci ilin mart ayında müsahibədən keçərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasında Dəstək Xidmətləri Şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.