Daha bir könüllü gəncimiz Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük mütəxəssis vəzifəsinə təyin edilib
06 may 2025 | 14:10
Daha bir könüllü gəncimiz Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük mütəxəssis vəzifəsinə təyin edilib
Xocavənd rayon Muğanlı kənd sakini Elnur Quliyev 01 avqust 2001-ci il tarixində anadan olub. 2007-ci ildə birinci sinifə daxil olub və 2018-ci ildə Xocavənd rayon 4 saylı tam orta məktəbindən məzun olub. 2019-2023-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Marketinq ixtisası üzrə təhsil alıb.
Elnur Quliyev Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müvafiq əmri ilə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatında böyük mütəxəssis vəzifəsinə təyin edilib.
Elnur Quliyevi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.