Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini müxtəliflik və suverenlik: Tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

15 avqust 2025 | 11:14
     “Dini müxtəliflik və suverenlik: Tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
15 avqust 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-muğan regional bölməsi və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini müxtəliflik və suverenlik: Tolerantlığın hüquqi və sosial əhəmiyyəti” mövzusunda tədbir keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov, DQİDK-nin Mil-muğan regional bölməsinin əməkdaşları Bəhrəm Abbaslı, Cəfərsadiq Cəfərli və Cərcis peyğəmbər ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov, RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Nicat Şirinov qeyd edib ki,ötən dövr ərzində ölkəmizdə digər sahələrdə olduğu kimi dini tolerantlığın və millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə dini etiqad seçiminə hörmətlə yanaşıldığını, bu sahədə azadlığın və tolerantlığın qorunduğunu, yarana biləcək problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həllinin təmin edildiyini göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-muğan regional bölməsinin əməkdaşı Bəhrəm Abbaslı çıxışında Azərbaycanda multikulturalizm və tolerantlığın dövlət siyasətinin əsas istiqamətlərindən bir olduğunu qeyd edib. Bildirib ki, ölkəmizdə müxtəlif millətlərin nümayəndələri yüz illərdir ki, dinc və qarşılıqlı hörmət şəraitində birgə yaşayır. Dövlət onların dil, din və mədəni hüquqlarını qoruyur, etnik azlıqların məktəbləri, mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bəhrəm Abbaslı vurğulayıb ki, Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin multikulturalizm siyasəti, ölkədə sülh və həmrəyliyi təmin edir, eyni zamanda, Azərbaycanın dünyada tolerantlıq və mədəni müxtəliflik simvolu kimi tanınmasına imkan yaradır. Bu siyasət yalnız sözlə deyil, real addımlar və davamlı proqramlarla həyata keçirilir və ölkənin gələcək inkişaf strategiyasında da mühüm yer tutur. Cərcis peyğəmbər ziyarətgahı məscidinin imam müavini Məhəmməd Sadıqov ölkəmizdə yaşayan müxtəlif dinlərin nümayəndələrinə olan diqqət və qayğıdan danışaraq bildirib ki, Azərbaycan dövləti dünyada sülh və əmin-amanlığı qorumaq, multikulturalizmi insanların həyat fəlsəfəsinə çevirmək üçün həm ölkədə, həm də respublikanın hüdudlarından kənarda təqdirəlayiq işlər aparır. O, 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün millətlərin, dinlərin nümayəndələrinin ərazi bütövlüyümüzün bərpası uğrunda istər ön cəbhədə olsun, istərsə də arxa cəbhədə əlindən gələni əsirgəməməsini dövlətin apardığı bu uğurlu siyasətin nəticəsi kimi dəyərləndirib.
   Çıxışlarda həmçinin ölkəmizdə hökm sürən dini dözümlülük mühiti, milli və dini müxtəlifliyin dövlət siyasətindəki əhəmiyyəti, tolerantlığın hüquqi və sosial əsasları, eləcə də Azərbaycanın suverenliyinin qorunmasında bu dəyərlərin rolu ətraflı şəkildə müzakirə olunub. Tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin cəmiyyətin dayanıqlı inkişafı baxımından önəmli olduğu qeyd edilib.
Keçidlər