Şriftin ölçüsü :

Saytın rəngi :

“Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda dəyirmi masa keçirilib

24 aprel 2024 | 14:30
 “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda dəyirmi masa keçirilib.
 24 aprel 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin birgə təşkilatıçlığı ilə “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Elvin İbrahimov, Bəhrəm Abbaslı, Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - Dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov, idarə və təşkilat əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Nicat Şirinov qonaqları salamlayaraq iştirakçılara tədbirin mövzusu barədə ətarflı məlumat verib. Natiq ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlət-din münasibətləri barədə danışaraq, ölkədə qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
 Bu gün Azərbaycanda dövlət tərəfindən məscidlərin, kilsələrin və sinaqoqların yenidən təmirinə və onların bərpa olunmasına xüsusi qayğı göstərildiyini və ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda 500-dən çox məscidin tikildiyini bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Cəfərsadiq Cəfərli, bu siyasətin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və 44 günlük Vətən müharibəsində əldə olunan qələbədən sonra işğaldan azad olunan ərzilərdə yeni məscidlərin, ibadətgahların tikilərək əhalinin ixtiyarına verildiyini bildirmişdir.
 Həmçinin digər çıxış edənlər bir daha dinin siyasi bir vasitə kimi istifadə olunmasının yol verilməz olduğunu və hər bir vətəndaşın bu istiqamətdə aidiyyəti dövlət orqanlarının fəaliyyətinə dəstək olmasının vacibliyini qeyd ediblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış mövzu ətrafında fikir mübadiləsi aparılmışdır.
Keçidlər