Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılmışdır
10 dekabr 2025 | 14:49
Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılmışdır.
10 dekabr 2025-ci il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun iştirakı ilə Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılmışdır. İclasda qiymətləndirilmə dövründə dövlət qulluqçusunun fəaliyyətinə gündəlik nəzarət edilməsi, fəaliyyətinin istiqamətləndirilməsinə dair müvafiq tapşırıqlar verilmiş, onların güclü və zəif cəhətləri müzakirə edilmiş, növbəti rüblərdə çatışmazlıqların aradan qaldırılması üçün göstərişlər verilmişdir.






