Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılmışdır.
26 dekabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə dair illik hesabatların müzakirəsi aparılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”nın 2.3-cü yarımbəndinin icrası ilə əlaqədar təşkil olunmuş iclasda qiymətləndirilmə dövründə dövlət qulluqçusunun fəaliyyətinə gündəlik nəzarət edilməsi, fəaliyyətinin istiqamətləndirilməsi dair müvafiq məsləhətlər verilərək onların güclü və zəif cəhətlərini müzakirə edilmiş, növbəti rüblərdə çatışmazlıqların aradan qaldırılması üçün məsləhətlər verilmişdir.