Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət Suverenliyi Günü” və “Xocavənd Şəhəri Günü” münasibətilə konsert proqramı keçirilib

18 sentyabr 2026 | 09:10
“Dövlət Suverenliyi Günü” və “Xocavənd Şəhəri Günü” münasibətilə konsert proqramı keçirilib.
18 sentyabr 2026-cı il tarixində “Dövlət Suverenliyi Günü” və “Xocavənd Şəhəri Günü” münasibətilə rayon Mədəniyyət evində konsert proqramı keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri, ziyalılar, gənclər və rayon sakinləri iştirak ediblər.
Tədbir Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbidə Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində əldə olunan tarixi nailiyyətlərin əhəmiyyətindən bəhs edilərək xalqımızın milli həmrəyliyi, vətənə bağlılığı və dövlətçilik ənənələrinə sədaqəti xüsusi vurğulanıb.
Daha sonra tədbir konsert proqramı ilə davam edib. Proqram çərçivəsində vətənpərvərlik ruhunda musiqi nümunələri səsləndirilib. İfa olunan mahnılar tədbir iştirakçılarına xoş ovqat bəxş edib və alqışlarla qarşılanıb.
Tədbir “Dövlət Suverenliyi Günü” və “Xocavənd Şəhəri Günü”nün yaratdığı qürur və bayram ovqatı ilə başa çatıb.
Keçidlər