Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Təhlükəsizliyi Orqanlarınlın yardılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

28 mart 2023 | 16:49
    Dövlət Təhlükəsizliyi Orqanlarınlın yardılmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
   28 mart 2023-cü il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə müstəqil Azərbaycanın qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoymuşlar. Rayon İcra Hakimiyyətinin akt zalında davam edən tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının peşə bayramları münasibəti ilə təbrik etmiş və xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, sabitliyin, əmin-amanlığın qorunması sahəsində fəaliyyətlərində uğurlar arzulamışdır. Bildirmişdi ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 104-cü ildönümünü xidmətdə qazandığı mühüm uğurlarla, Vətən müharibəsində qazandığımız möhtəşəm zəfərlə, dövlətin və xalqın böyük etimadı ilə qeyd edir. RİH başçısı bildirmişdir ki, təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri də siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır. Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.
   Tədbirdə çıxış edən Dövlət Təhlükəsizliyi Xidmətinin Xocavənd rayon şöbəsinin rəisi Elgiz Məmmədov Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının yaranması haqqında ətraflı məlumat vermiş, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında DTX-nin xüsusi rolunu nəzərə çatdırıb.
   Sonda DTX Xocavənd Rayon Şöbəsinin bir neçə əməkdaşı Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunmuşdur.
Keçidlər