"Əbədi ezamiyyət” sənədli filminin nümayişi olmuşdur
27 may 2024 | 09:54
"Əbədi ezamiyyət” sənədli filminin nümayişi olmuşdur.
Xocavənd Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocavənd rayonu üzrə gənclər və
idman sektorunun birgə təşkilatçılığı ilə 27 may 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında 28 May – Müstəqillik Günü münasibəti ilə “Əbədi ezamiyyət” sənədli filminin nümayişi həyata keçirildi.
“28 May – Müstəqillik Günü”nün qeyd edilməsi, Azərbaycanın dövlət müstəqilliyini tanıtmaq üçün Paris sülh konfransında iştirak etməyə göndərilən Azərbaycan nümayəndə heyətinin üzvləri və onların apardığı istiqlal mücadiləsi haqqında gənclərin məlumatlılığının daha da artırılması, gənclər arasında vətənpərvərlik hisslərinin aşılanması məqsədi iləkeçirilən tədbirdə 44 nəfər iştirak edirdi. Tədbirdə film nümayişi ilə bərabər 1918-ci il mayın28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirməsi, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərməsi,yeni qurulan dövlətin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirməsi və digər məsələlərdən bəhs edən çıxışlar səsləndi.