Şriftin ölçüsü :

Saytın rəngi :

"Əbədiyaşar lider" adlı tədbir keçirilmişdir.

12 dekabr 2023 | 17:57
   "Əbədiyaşar lider" adlı tədbir keçirilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Xocavənd rayonunda silsilə tədbirlər davam edir.
  2023-cü il 12 dekabr tarixində Xocavənd Rayon İcra Hakimiyyətinin iclas zalında “Heydər Əliyev İli” çərçivəsində "Əbədiyaşar lider" adlı tədbir keçirilmişdir. Ümummili lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu Öndərin 1979-cu ilin sentyabr ayında Xocavənd rayonuna səfərini əks etdirən foto-şəkillərdən ibarət video-rolik nümayiş olunmuşdur. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək bildirmişdir ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir. Başçı həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar rayonumuzda görülmüş işlər barədə geniş məlumat vermişdir.
  Tədbirdə çıxış edən Tuğ kənd tam orta məktəbinin şagirdi Aytac Novruzlu, Xocavənd rayon 4 saylı tam orta məktəbinin müəllimi Ayçiçək Bayramova, Salakətin kənd tam orta məktəbinin müəllimi Tahirə Məmmədova Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətlərindən danışdılar.
  Daha sonra rayon rəhbəri “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qaliblərinin uğurlarını yüksək qiymətləndirərək, onları həmin uğurlara görə təbrik etmişdir.
Keçidlər