Şriftin ölçüsü :

Saytın rəngi :

Sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

15 avqust 2024 | 15:35

  Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.3  bəndinin icrası ilə bağlı Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əhali arasında sosial işin təşkili və sosial xidmətlərlə təmin edilməsində ünvanlığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Keçirilmiş tədbirlər çərçivəsində Xocavənd Rayon İcra Hakimiyyəti əməkdaşları əhalinin sıx olduğu yerlərdə, idarə müəssisə və təşkilatlarda, sakinlərin kompakt yaşadıqları ərazilərdə olmuş, onlarla maarifləndirici söhbətlər aparmışdır, müvafiq bukletlər paylanmışdır.

Keçidlər