Əhali arasında sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirmə işi aparılıb
Əhali arasında sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirmə işi aparılıb.
3 noyabr 2026-cı il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində əhali arasında sağlam həyat tərzinin təbliği, sağlamlığın qorunması və davranış risk amilləri barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri həyata keçirilib.Tədbir çərçivəsində sağlam həyat tərzinin əhəmiyyəti, düzgün qidalanma, fiziki aktivlik, şəxsi gigiyena, zərərli vərdişlərin insan sağlamlığına mənfi təsirləri və xəstəliklərin profilaktikası ilə bağlı informativ məlumatları əks etdirən maarifləndirici bukletlər hazırlanaraq əhali arasında paylanılıb. Bukletlər vasitəsilə sağlamlığın qorunması, gündəlik həyatda düzgün davranış vərdişlərinin formalaşdırılması və sağlamlığa mənfi təsir göstərən risk amillərindən uzaq durmağın vacibliyi diqqətə çatdırılıb.Həyata keçirilən maarifləndirmə işinin əsas məqsədi əhalinin sağlam həyat tərzi ilə bağlı biliklərini artırmaq, sağlam davranış vərdişlərini təşviq etmək və sağlamlığın qorunması istiqamətində ictimai məlumatlılığa töhfə verməkdir.






