Əhalinin sosial xidmətlər barədə məlumatlandırılması istiqamətində maarifləndirmə tədbiri həyata keçirilib
Əhalinin sosial xidmətlər barədə məlumatlandırılması istiqamətində maarifləndirmə tədbiri həyata keçirilib.
Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması, vətəndaşların mövcud sosial xidmətlərdən daha səmərəli və əlçatan şəkildə yararlanması məqsədilə maarifləndirmə tədbirləri çərçivəsində müvafiq bukletlər hazırlanaraq əhali arasında paylanılıb. Bukletlərdə vətəndaşlara göstərilən sosial xidmətlər, bu xidmətlərdən yararlanma imkanları, müraciət qaydaları və sosial dəstək mexanizmləri barədə məlumatlar əks olunub.Maarifləndirmə tədbirinin əsas məqsədi əhalinin sosial xidmətlər haqqında məlumatlılığını artırmaq, ehtiyacı olan şəxslərin müvafiq xidmətlərə yönləndirilməsini asanlaşdırmaq və sosial xidmətlərin daha ünvanlı şəkildə təqdim olunmasına töhfə verməkdir.Bu istiqamətdə həyata keçirilən tədbirlər əhalinin sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.






