Əhalinin sosial xidmətlər barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib
Əhalinin sosial xidmətlər barədə məlumatlılığının artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.
19 noyabr 2026-cı il tarixdə Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması, vətəndaşların mövcud sosial xidmətlər barədə məlumatlandırılması və sosial dəstəyə ehtiyacı olan şəxslərin müvafiq xidmətlərə yönləndirilməsi məqsədilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə sosial xidmətlərin əhalinin sosial müdafiəsinin gücləndirilməsində rolu, mövcud xidmətlərin növləri, onlardan yararlanma imkanları və müraciət qaydaları barədə ətraflı məlumat verilib. Çıxış zamanı qeyd olunub ki, sosial xidmətlərə ehtiyacı olan şəxslərin vaxtında müəyyənləşdirilməsi və onların ehtiyaclarına uyğun xidmətlərə yönləndirilməsi sosial müdafiə sistemində ünvanlılığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.İştirakçıların diqqətinə çatdırılıb ki, ahıl şəxslər, əlilliyi olan şəxslər, aztəminatlı ailələr, uşaqlar, valideyn himayəsindən məhrum olmuş şəxslər və digər həssas əhali qrupları üçün müxtəlif sosial xidmətlər mövcuddur. Maarifləndirmə zamanı vətəndaşların sosial xidmətlərdən istifadə imkanları, müvafiq qurumlara müraciət mexanizmləri və məlumat əldə etmək vasitələri izah edilib. Tədbir çərçivəsində iştirakçılara sosial xidmətlərin növlərini, müraciət qaydalarını və əlaqə vasitələrini əks etdirən maarifləndirici bukletlər təqdim olunub. Həmçinin bildirilib ki, bu istiqamətdə məlumatlandırma tədbirlərinin davamlı təşkili sosial xidmətlərin əlçatanlığının artırılmasına, əhalinin hüquq və imkanları barədə məlumatlılığının yüksəldilməsinə, eləcə də sosial xidmətlərin daha ünvanlı və səmərəli göstərilməsinə xidmət edir.Tədbir iştirakçıları onları maraqlandıran suallarla bağlı ətraflı məlumatlandırılıb, sosial xidmətlər sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti vurğulanıb.






