Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi mövzusunda tədbir keçirilib
Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi mövzusunda tədbir keçirilib.
22 sentyabr 2025-ci il tarixdə Əlilliyi olan və ahıl şəxslər üçün mobil xidmətlərin göstərilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi mövzusunda tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, əlilliyi olan və ahıl şəxslərin sosial xidmətlərə əlçatanlığının artırılması müasir dövrdə bir çox ölkələrin sosial siyasətində əsas prioritetlərdən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, mobil sosial xidmətlərin təşkili bu kateqoriyadan olan şəxslərin gündəlik ehtiyaclarının qarşılanmasında, onların müstəqil həyat imkanlarının genişləndirilməsində və sosial inteqrasiyanın gücləndirilməsində mühüm rol oynayır. Bir sıra inkişaf etmiş ölkələrdə mobil xidmət modelləri xüsusi sosial işçi qrupları, tibb personalı və psixoloji dəstək komandalarının evlərə səfərləri əsasında qurulur. Bu zaman müasir informasiya-kommunikasiya texnologiyalarından, eləcə də GPS əsaslı marşrutlaşdırma və elektron müraciət sistemlərindən geniş istifadə olunur. Mobil xidmətlərin bu cür təşkili xidmətlərin operativliyini artırmaqla yanaşı, onların şəffaf və nəzarət edilə bilən şəkildə həyata keçirilməsinə şərait yaradır.Azərbaycan Respublikasında əlilliyi olan və ahıl şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Beynəlxalq təcrübənin öyrənilməsi, mobil xidmətlərin daha effektiv modelinin hazırlanması və ölkə şəraitinə uyğunlaşdırılması üçün mühüm imkanlar açır. Xüsusilə, Avropa ölkələrində tətbiq edilən mobil reabilitasiya xidmətləri, evdə tibb-sosial yardım proqramları, psixoloji dəstək səfərləri və yaşlılara məişət yardımı xidmətləri ölkəmiz üçün nümunəvi yanaşma hesab edilə bilər.






