Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Cəfərovun təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib
30 dekabr 2025 | 17:45
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Cəfərovun təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib.
30 dekabr 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Vaqif Cəfərovun təqaüdə çıxması münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətin başçısı Eyvaz Hüseynov Vaqif Cəfərovu doğum günü münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb. Başçı Vaqif Cəfərovun əmək fəaliyyəti dövründə dövlətə fasiləsiz olaraq, vicdanla, qüsursuz xidmət etdiyini qeyd edib. Həmçinin Eyvaz Hüseynov Vaqif Cəfərovun qüsursuz xidmətlərinin yüksək qiymətləndirilərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təlif edildiyini bildirib. Vaqif Cəfərov ona tapşıralan bütün vəzifələrin öhdəsindən layiqincə gəldiyini və rəhbərlik tərəfindən göstərilən etimadı daim doğrultuğunu qeyd etmişdir.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamı ilə “Uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilmiş Vaqif Cəfərov ona göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirmişdir. Vaqif Cəfərov çalışdığı bütün dövrlərdə dövlətə, xalqa layiqincə xidmət etdiyini və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirdiyini diqqətə çatdırıb. Kollektiv də Vaqif Cəfərovu təqaüdə çıxması münasibəti ilə təbrik etmiş, ona möhkəm cansağlığı, şəxsi həyatında uğurlar arzulamışdır.






