Erkən nikah və qohum evlilikləri ilə bağlı maarifləndirmə işləri davam etdirilir.
24 oktyabr 2022 | 17:12
Erkən nikah və qohum evlilikləri ilə bağlı maarifləndirmə işləri davam etdirilir.
Xocavənd rayon Tuğ kənd 1 saylı tam orta məktəbdə yeniyetmə və gənclərin erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri barədə məlumatlandırılması istiqamətində növbəti tədbir keçirilib. Tədbirdə erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadlarından, belə nikahları doğuran səbəblərdən və qarşısının alınması istiqamətində qəbul edilən qanun və normativ-hüquqi sənədlərdən, dövlət tərəfindən görülən işlərdən tədbir iştirakçılarına ətraflı məlumat verib.