Erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları ilə əlaqədar tədbir təşkil olunmuşdur.
31 oktyabr 2023 | 17:07
31 oktyabr 2023-cü ildə Xocavənd rayon Salakətin kənd tam orta məktəbin yuxarı sinif şagirdləri ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi fəsadları haqqında tədbir təşkil olunmuşdur. Tədbirdə iştirak edən Xocavənd Rayon İcra Hakmiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Orxan Həsənov çıxışında erkən nikahın fəsadlarından bəhs etmişdir. O bildirmişdir ki, erkən nikah cəmiyyətdə savadsızlığın artmasına, boşanmaların sayının çoxalmasına səbəb olur. Erkən nikaha girən tərəflər ailənin ağır məsuliyyətini anlamır və bu da boşanmaların sayının artmasına səbəb olur. Erkən nikah zamanı xüsusən qızlar təhsildən yayınırlar. Hər birimiz erkən nikahla bir yerdə mübarizə aparmalıyıq. Ətrafınızda belə hallarla qarşılaşdığınız zaman müəllimlərinizə və maraqlı şəxslərə məlumat verməkdən çəkinməməlisiniz.