Şriftin ölçüsü :

Saytın rəngi :

 Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbiri keçirilmişdir.

24 oktyabr 2022 | 17:16
   Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə tədbiri keçirilmişdir.
  24 oktyabr 2022-ci il tarixdə Qaradağlı kənd tam orta məktəbində Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” çərçivəsində tədbir keçirildi. Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyevanın da iştirak etdiyi tədbirdə erkən nikah və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi, sosial-iqtisadi fəsadları barədə geniş məlumat verilməklə, bu sahədə maarifləndirmənin əsas prinsipləri barədə diskussiya şəraitində geniş fikir mübadiləsi aparıldı.
Keçidlər