Şriftin ölçüsü :

Saytın rəngi :

“Ətraf mühit amillərinin uzunömürlülüyə təsiri”

18 sentyabr 2024 | 17:05

  “Ətraf mühit amillərinin uzunömürlülüyə təsiri”

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi davam etdirilir. 18 sentyabr 2024-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Ətraf mühit amillərinin uzunömürlülüyə təsiri” mövzusunda tədbir keçirilib.

  Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətindən , Sərəncamda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsindən və həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılmasından geniş və ətraflı məlumat verib.

  Tədbirdə çıxış edən digər natiqlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. Qeyd edilib ki, bu Sərəncam Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha sübut edir. Digər tərəfdən ölkəmizdə 2024-cü il ərzində bu sahədə fəaliyyətimizi genişləndirəcəyimizə və ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin xeyli dərəcədə intensivləşəcəyinə bir çağırışdır.

Keçidlər