Şriftin ölçüsü :

Saytın rəngi :

“Ətraf mühitin insan sağlamlığına təsiri”

03 oktyabr 2023 | 16:38

“Ətraf mühitin insan sağlamlığına təsiri”

  03.10.2023-cü il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsi rayon Mədəniyyət evində  “Ətraf mühitin insan sağlamlığına təsiri” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə insanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühitin vacib olduğu bildirilmişdir. Çıxış edənlər XX əsrin sonlarından başlayan elmi-texniki tərəqqinin, sənayenin sürətli inkişafının ətraf mühitə etdiyi təsirlər öz mənfi nəticələrini göstərməyə başlayıb. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar. Respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılmasına göstərilən dövlət qayğısı və səmərəli idarəetmə sisteminin yaradılması nəticəsində keçmişdən miras qalmış ekoloji problemlər aradan qaldırılmış, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılmışdır. Ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.  Ölkəmizdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilərək təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülür.Qeyri-sabit iqlim şəraitinin, infeksion xəstəliklərin baş verməsinin yeni modellərinin, ultrabənövşəyi şüalanma və eko-sistemlərin dəyişməsilə xəstəliklərin yaranmasının insan sağlamlığı üçün mühüm ekoloji risk amilləridir.
   Orqanizmə mənfi təsir göstərən amillərlə mübarizə istiqamətində ictimai səhiyyənin bir sıra hədəf və vəzifələrini sadalayan natiqlər ekoloji problemlərin ictimai səhiyyənin əsas həll etməli olduğu vacib məsələlərdən olduğunu qeyd etmişlər.: “Bu gün ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ətraf mühitlə bağlı qəbul olunmuş bir sıra qanunlar, reallaşan dövlət proqramları və layihələr ətraf mühitin daha da sağlamlaşdırılması üçün böyük imkanlar açır. Bununla yanaşı, Azərbaycan Respublikası bu günə kimi bir sıra beynəlxalq konvensiyalara qoşulmuş, müvafiq protokollar imzalamışdır. Nailiyyətlərə baxmayaraq, görüləcək işlər hələ də mövcuddur.”

Keçidlər