Şriftin ölçüsü :

Saytın rəngi :

Fəal gənclərimiz.

15 aprel 2025 | 10:32

  Quliyev Çingiz Səfər oğlu. 22 Aprel 2000-ci ildə Ağcabədi rayonunda dünyaya gəlmişdir. Xocavənd rayonu Kuropatkin kənd sakinidir. Orta təhsilini Salakətin kənd tam orta məktəbində tamamlamışdır. 2017-2021-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya müəllimliyi ixtisası üzrə təhsil almışdır. Təhsil və iş həyatı boyunca paralel olaraq ictimai tədbirlərdə və yarışlarda fəal iştirak etmişdir. 2014-cü ildən bəri müxtəlif formatlı intellektual yarışmalarda fərdi və komanda halında nailiyyətlər qazanmaqla yanaşı 2019-cu ildən etibarən vaxtaşırı olaraq intellektual yarışların təşkilində təşəbbüskarlıq göstərir. 2014-cü ildə AR Gənclər fondunun "İdeyanı reallaştır-2023" qrant müsabiqəsinin qalibi olmuş və Xocavənd və Beyləqan rayonunda məktəblilər arasında "Qarabağ irsinin intellektual oyunlar vasitəsilə təbliği" layihəsini uğurla həyata keçirmişdir. Həmçinin 2020-ci ildən fotoqrafiya sənəti ilə də məşğul olur. 2022-2023-cü illərdə "Mazarina Trade Company LLC" şirkətində satış təmsilçisi vəzifəsində, 2023-2024-cü illərdə AR Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsində mütəxəssis vəzifəsində çalışmışdır. Hal-hazırdı Xocavənd RMX PHŞ-də Müharibə iştirakçıları ilə iş üzrə mütəxəssis vəzifəsində çalışır.

Keçidlər