Şriftin ölçüsü :

Saytın rəngi :

Fərəcov Zülfüqar Müseyib oğlunun anım günü münasibətilə xatirəsi yad edilib

29 sentyabr 2025 | 14:37
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Müseyib oğlunun anım günü qeyd edilib.
29 sentyabr 2025-ci il tarixdə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Müseyib oğlunun anım günü münasibətilə xatirəsi yad edilib. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə tər güllər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunaraq, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Keçidlər