Şriftin ölçüsü :

Saytın rəngi :

  Fevral Şəhidlərinin ailə üzvləri Şəhidlərin adını daşıdığı siniflərdə olublar.

25 fevral 2024 | 09:35
  Fevral Şəhidlərinin ailə üzvləri Şəhidlərin adını daşıdığı siniflərdə olublar.
  25 fevral 2024-cü il tarixdə Fevral Şəhidlərinin ailə üzvləri Şəhidlərin adını daşıdığı siniflərdə olublar. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Mais Bərxudarov, hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissəsinin hərbi qulluqçuları şəhid ailələrinin üzvləri, müəllim və şagirdlər iştirak ediblər. Bildirilib ki, Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidlər unudulmur” layihəsi icra olunur. Layihə çərçivəsində orta ümumtəhsil məktəblərinin ən qabaqcıl siniflərinə şəhidlərimizin adları verilir.“Şəhidlər unudulmur” layihəsi çərçivəsində Salakətin kənd tam orta məktəbin beş sinfinə 2017-ci ilin fevral ayında şəhid olmuş 5 Şəhidimizin adı verilib.
  Tədbir iştirakçıları siniflərlə tanış olmuş, şagirdlər vətənpərvərlik ruhlu çıxışlar etmişlər. Şəhid valideynləri şəhidlərin adları verilmiş siniflərin şagirdləri ilə söhbət edərək, övladlarının məktəb illəri haqqında xatirələrini danışıblar.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər